İstifadə Şərtləri

Son yenilənmə: 1 İyun 2025

1. Xidmətlər

Trazeroad Logistics Azərbaycan qanunvericiliyinə uyğun olaraq beynəlxalq yük daşımacılığı, gömrük müşavirliyi, anbar və distribusiya xidmətləri göstərir. Bütün xidmətlər yazılı müqavilə əsasında təqdim edilir.

2. Məsuliyyətin məhdudlaşdırılması

Trazeroad Logistics yükün daşınması zamanı baş verən gözlənilməz hadisələr (fors-major, gömrük gecikməsi, təbii fəlakət) nəticəsində yaranan zərərlər üçün məsuliyyət daşımır. Maksimum məsuliyyət müqavilədə göstərilən yük dəyəri ilə məhdudlaşır.

3. Ödəniş şərtləri

Xidmətlər üçün ödəniş müqavilədə müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Gecikmə halında aylıq 1.5% gecikməyə görə faiz tətbiq oluna bilər. Qiymətlər USD ilə müəyyən edilir, AZN ekvivalenti rəsmi məzənnə üzrə hesablanır.

4. Tətbiq olunan qanunvericilk

Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Mübahisələr Bakı şəhər məhkəmələrinin yurisdiksiyasına tabedir.

5. Əlaqə

Şərtlər barədə suallar üçün: sales@trazeroad.com | +994 10 313 36 22